Kremlin mətbuat xidməti Rusiya Prezidenti Vladimir Putinin fransalı həmkarı Emmanuel Makronla danışığının təfərrüatlarını açıqlayıb.
Putin Makronla telefon danışığı zamanı bildirib ki, Ukrayna ətrafında nizamlanma yalnız Rusiyanın qanuni təhlükəsizlik maraqları qeyd-şərtsiz nəzərə alınarsa mümkündür.
“Vladimir Putin vurğulayıb ki, belə bir nizamlanma yalnız Rusiyanın qanuni təhlükəsizlik maraqlarının qeyd-şərtsiz nəzərə alınması, o cümlədən Rusiyanın Krım üzərində suverenliyinin tanınması, Ukrayna dövlətinin demilitarizasiyası və denazifikasiyası vəzifələrinin həlli və onun neytral statusunun təmin edilməsi ilə mümkündür”, - Kremlin məlumatında qeyd olunub.///apa