Qanunsuz ət satışının qarşısı alındı

18:28 - 28 Fevral 2022 - HADİSƏ

İsmayıllıda qanunsuz heyvan kəsimi və ət satışının qarşısı alınıb.

Bu barədə Ucnoqta.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Agentlik müfəttişləri İsmayıllı Rayon Polis İdarəsinin əməkdaşları ilə birgə keçirdiyi reyd zamanı rayonun Yuxarıbaş kəndində Həmzəyev Rüstəm Qaraş oğluna məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində 4 ədəd at başı, 15 ədəd at ayağı, 4 hissəyə bölünmüş 1 baş at cəmdəyi, sümükdən ayrılmış at əti və sümükləri aşkar edib. Müayinələrin aparılması üçün nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Araşdırmalar davam etdirilir.

 

Xəbər xətti