Yol polisi Heydər Əliyev prospektində baş verən qəza barədə məlumat açıqlayıb.
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, mayor Araz Əsgərli bildirib ki, ərazidə yol-nəqliyyat hadisəsi zamanı bir qadın dünyasını dəyişib: “Nizami Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerinə yaxınlaşıblar. İlkin istintaq hərəkətlərini aparırlar. Araşdırmanın nəticəsinə uyğun olaraq ölən şəxsin barəsində məlumat veriləcək. Yolda artıq hərəkət tənzimlənib”.
16:22
Hazırda Bakıda Heydər Əliyev prospektində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.
Bakı Nəqliyyat Agentliyindən (BNA) Ucnoqta.az-a verilən məlumata görə, sıxlığın səbəbi həmin ərazidə ağır yol-nəqliyyat hadisəsinin baş verməsidir.
Məlumata görə, şəhər mərkəzi və “Koroğlu” metrostansiyası istiqamətində əsas və köməkçi yollarda avtomobillərin hərəkəti çətinləşib.
Hadisə ilə əlaqədar, "ASK Arena"dan “Koroğlu” metrostansiyası istiqamətində zolaqlar üzrə sürət həddi 20 km/saat azaldılıb.