Bazar ertəsi rublun məzənnəsi geosiyasi və sanksiya riskləri fonunda çökməkdə davam edir.
APA-nın Moskva müxbirinin Moskva Birjasına istinadən verdiyi məlumata görə, hərrac zamanı ABŞ dolları 100,9625 rubla, avro isə 113,52 rubla yüksəlib.
Moskva vaxtı ilə saat 10:00-da birjanın açılışı zamanı dollar 90 rubla, avro isə 101,19 rubla bərabər idi. Saat 11:10-da isə dollar artıq 100,9625 rubla, avro isə 113,52 rubla yüksəlib.