"Hər birimiz prezidentik, döyüşçüyük" - Volodimir Zelenski

13:04 - 28 Fevral 2022 - DÜNYA

“Mən prezident olmaq istəyəndə deyirdim ki, hər birimiz prezidentik”.

“Report” Ukrayna Prezidenti Ofisinin feysbuk səhifəsinə istinadən xəbər verir ki, bunu dövlət başçısı Volodimir Zelenski fevralın 28-də xalqa ilk müraciətində bildirib.

“Bu gün hamımız ölkəmiz, gözəl Ukraynamıza görə məsuliyyət daşıyırıq. Belə oldu. İndi hər birimiz öz yerində döyüşçüdür. Əminəm ki, hər birimiz qalib gələcəyik”, - deyə Ukrayna Prezidenti vurğulayıb.

Xəbər xətti