Rusiyaya qarşı bu qadağa qüvvəyə mindi

08:39 - 28 Fevral 2022 - DÜNYA

Avropa İttifaqının hava məkanını Rusiya təyyarələrinə bağlamaqla bağlı qərar qüvvəyə minib

Ucnoqta.az xəbər verir ki, bu barədə Aİ-nin rəsmi jurnalında dərc olunan sənəddə deyilir.
"İttifaq ərazisinə enmək, havaya qalxmaq və ya uçmaq qadağandır" - sənəddə deyilir.

Bu tələb Rusiya Federasiyasında qeydiyyatdan keçmiş Rusiya aviadaşıyıcıları tərəfindən idarə olunan bütün hava gəmilərinə və ya Rusiyada qeydiyyata alınmamış, lakin Rusiyanın fiziki və ya hüquqi şəxs və ya təşkilatı tərəfindən idarə olunan istənilən hava gəmilərinə şamil edilir.

Xəbər xətti