Ukraynaya rus tanklarının "qənimi" olan 5000 ədəd NLAW verilir

23:26 - 27 Fevral 2022 - DÜNYA

İsveçin baş naziri Maqdalena Andersson bildirib ki, İsveç Ukraynaya 43 milyon dollar maliyyə yardımı, 5000 tank əleyhinə silah göndərəcək.

Ucnoqta.az xəbər verir ki, Ukraynada rus hərbi texnikasının qənimi əsasən NLAW silahıdır. Yaxın məsafədən və küçə döyüşlərində, görünə bilən məsafədə hərbi texnikanın sıradan çıxarılmasında bu silahın müstəsna rolu var.

Çəkisi 12 kq olan bu silah daşına biləndir, istifadəsi rahatdır. "Ağıllı" silah sayılan NLAW 20 - 800 m-dək dağıdıcıdır.
 İndiyədək Ukrayna odusuna NATO ölkələri tərəfindən cəmi 2000 ədəd tank əleyhinə Javelin və NLAW ( Britaniya istehsalı) verildiyi bildirilirdi. Britaniya hərbiçiləri ukraynalılara bununla bağlı təlimlər də keçiblər.

Xəbər xətti