BP “Rosneft”dəki payından imtina etdi

22:34 - 27 Fevral 2022 - DÜNYA

Böyük Britaniyanın neft şirkəti BP Ukraynadakı müharibəyə görə Rusiyanın “Rosneft” şirkətinin 19,75%-lik payından imtina etdiyini bildirib.

“BP-nin Direktorlar Şurası bu gün şirkətin “Rosneft”dəki payını ləğv edəcəyini açıqladı. BP 2013-cü ildən “Rosneft”də 19,75% paya sahibdir. Bundan əlavə, BP-nin baş icraçı direktoru Bernard Luni “Rosneft” direktorlar şurasını dərhal tərk edir. “Rosneft”in digər direktoru, BP tərəfindən irəli sürülən, keçmiş baş icraçı direktor Bob Dadli də direktorlar şurasından istefa verir”, - məlumatda deyilir.

Qeyd olunur ki, bu qərar fonunda şirkət bundan sonra ehtiyatlarının həcmi, hasilatı və mənfəəti barədə “Rosneft”ə hesabat verməyəcək, həmçinin Rusiya şirkəti ilə digər birgə layihələrdən də imtina edəcək.///qafqazinfo

Xəbər xətti