Avropa İttifaqı birliyin hava məkanını Rusiya üçün tamamilə bağlayır.
Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen jurnalistlərə bildirib. Avropa Komissiyası Rusiya təyyarələrinin, o cümlədən şəxsi təyyarələrin Avropa İttifaqına uçuşlarını qadağan etməyi təklif edir.
"Birincisi, biz hava məkanını rusların üzünə bağlayırıq. Biz Rusiyaya məxsus, Rusiya qeydiyyatında olan və Rusiyanın nəzarətində olan bütün təyyarələrə qadağa qoyulmasını təklif edirik. Bu təyyarələr Avropa İttifaqının ərazisinə enə, qalxa və ya uça bilməyəcək. Bu, hər hansı bir təyyarəyə şamil ediləcək - şəxsi, icarəyə götürülmüş və ya başqa bir şəkildə Rusiya hüquqi və ya fiziki şəxslərinin nəzarəti altında olan," - deyə o bildirib.