Rusiyanın tank bölüyü məhv edilib - FOTO

20:06 - 27 Fevral 2022 - HADİSƏ

Çerniqov vilayətində Ukrayna Silahlı Qüvvələri Rusiya Federasiyasının tank bölüyünü məhv edib.

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Məlumata görə, Prilukidə Rusiya Federasiyasının tank bölüyü məhv edilib. 

Belə ki, tank bölüyünün şəxsi heyəti də həlak olub.

“Həmçinin rus hərbçiləri Kiyev vilayətində, xüsusən də Buçada böyük itki verirlər. Biz birlikdə qalib gələcəyik”, - Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.


Xəbər xətti