Ukrayna Rusiyanı Beynəlxalq Məhkəməyə verdi - RƏSMİ

15:14 - 27 Fevral 2022 - DÜNYA

Ukrayna Rusiyaya qarşı iddia ərizəsini Beynəlxalq Məhkəməyə təqdim edib.

Bunu Ukrayna prezidenti Volodimir Zelenski yazıb.

“Rusiya təcavüzə haqq qazandırmaq üçün soyqırım anlayışı ilə manipulyasiya etdiyinə görə məsuliyyət daşımalıdır. Biz Rusiyanın hərbi fəaliyyətini dərhal dayandırmasını tələb edən təcili qərarın verilməsini xahiş edirik və məhkəmənin gələn həftə başlamasını gözləyirik”, -deyə o, qeyd edib. ///report

Xəbər xətti