Daha üç Avropa ölkəsi hava məkanını Rusiya üçün bağlayır

14:56 - 27 Fevral 2022 - DÜNYA

Danimarka, Avstriya və İrlandiya hava məkanını Rusiya təyyarələri üçün bağlayır.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, Danimarka Xarici işlər Nazirliyi həm də bütün Avropa İttifaqı məkanının Rusiya təyyarələrinin girişinə bağlanmasını təklif edib.

Avstriya nəqliyyat naziri Leonore Qevessler artıq Rusiya təyyarələrinin ölkənin hava məkanına girişinə qadağa qoyduqlarını bildirib.

İrlandiya xarici işlər naziri Saymon Koveni də anoloji bəyanatla çıxış edib.

 

Xəbər xətti