Ukraynalı deputat Xarkovun müdafiəsi zamanı həlak oldu

14:27 - 27 Fevral 2022 - DÜNYA

Xarkovun müdafiəsi zamanı Boqoduxov Şəhər Şurasının deputatı Sergey Qluşenko dünyasını dəyişib.

"Report" UNİAN-a istinadən xəbər verir ki, bu barədə Boqoduxov Şəhər Şurasının saytında bildirilib.

Qeyd edək ki, hazırda Xarkov şəhərində şiddətli döyüşlər gedir. Prezident ofisinin məlumatına görə, isə hazırda Ukraynanın Xarkov, Çernoqov və Sumı şəhərlərində hərbi obyektlərin olmadığı yerlər hava zətbələrinə məruz qalır. Raket zərbələrinin mənbəyinin Belarus olduğu müyyən edilib.

Xəbər xətti