27 təyyarə, 26 helikopter, 146 tank ... - Rusiyanın itkiləri açıqlanıb

13:45 - 27 Fevral 2022 - DÜNYA

Ukraynanın müdafiə naziri müavini Anna Malyar Rusiya Silahlı Qüvvələrinin texnika itkilərinin son sayını açıqlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Anna Malyar feysbuk hesabında yazıb.

O bildirib ki, Ukraynadakı müharibənin əvvəlki üç günündə (24, 25, 26 fevral) Rusiyanın 27 təyyarəsi, 26 helikopteri, 146 tankı, 706 zirehli döyüş maşını, 49 topu, 1 “Buk” ZRK-sı, 30 hərbi avtomobili, 2 gəmi/qayığı məhv edilib.///report

Xəbər xətti