“Münaqişənin əvvəlində Belarusun cənubundan Ukraynaya 2-3 raket zərbəsi endirilib”.
Ucnoqta.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
O, bunu belə əsaslandırıb: “Çünki Kiyev sərhədə yaxın 3-4 raket batalyonu yerləşdirib”.
Lukaşenko bildirib ki, hazırda Belarus ərazisindən Ukraynaya raketlər atılmır, çünki buna ehtiyac yoxdur.