Goranboyda bir ailənin 9 üzvü dəm qazından zəhərləndi

09:51 - 27 Fevral 2022 - HADİSƏ

Goranboyda bir ailə dəm qazından zəhərlənib. Ucnoqta.az aapa-ya istinadla xəbər verir ki, hadisə rayonun Qaradağlı kəndində qeydə alınıb. İkisi uşaq olmaqla ailənin doqquz üzvü zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onlar 1970-ci il təvəllüdlü Alidə Əsgər qızı Bayramova, 2001-ci il təvəllüdlü Aygün Cahandar qızı İsmayılova, 1986-cı il təvəllüdlü Vüsalə Fərmail qızı Bayramova , 1999-cu il təvəllüdlü Məhərrəm Valeh oğlu Bayramov, 2017-ci il təvəllüdlü Sahil Saleh oğlu Bayramov, 2015-ci il təvəllüdlü Sadiq Saleh oğlu Bayramov, 1990-cı il təvəllüdlü Sahil Valeh oğlu Bayramov, 1968-ci il təvəllüdlü Valeh Bəylər oğlu Bayramov və 1994-cü il təvəllüdlü Zeynal Valeh oğludur Bayramovdur. Onların vəziyyətinin kafi olduğu bildirilir. Məlumat görə, zəhərlənənlərin bir neçəsi toyda iştirak etmək üçün Bakı şəhərindən qonaq gəlib.

Xəbər xətti