“Google” Rusiya dövlət KİV-lərinə sanksiya tətbiq etdi

09:35 - 27 Fevral 2022 - DÜNYA

“Google” şirkəti Rusiya dövlət KİV-lərinə qarşı sanksiyalar tətbiq edib. APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, “Google” “YouTube” də daxil olmaqla, öz platforma və əlavələrində Rusiya KİV-ləri üçün monetizasiyanı dayandırıb.Beləliklə, artıq Rusiya KİV-ləri “Google Tools” üzərindən reklam ala bilməyəcək, yaxud “Google” platformalarında reklam yerləşdirə bilməyəcək. Qeyd edək ki, bundan əvvəl “Facebook” şirkətinə məxsus “Meta” Rusiya dövlət KİV-lərinin reklamlarına qadağa qoyub.

Xəbər xətti