Göygöldə 81 yaşlı qadın özünü tövlədə asdı
03:13 - 27 Fevral 2022 - HADİSƏ
Göygöldə ahıl qadın özünü asaraq intihar edib.
“Report”un məlumatına görə, hadisə Göygöl şəhər Şadlinski küçəsində yerləşən evlərin birində qeydə alınıb.
Göygöl rayon sakini, 81 yaşlı S.Qasımovanın tövlədə asılmış meyiti tapılıb. Onun intihar etdiyi bildirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.