Rusiya Müdafiə Nazirliyi Kiyevin danışıqlardan imtina etdiyini iddia etdikdən sonra bütün qoşunlara bütün istiqamətlərdə hücum əmri verildiyini açıqlayıb.
Ucnoqta.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov brifinqdə bildirib.
“Ukrayna tərəfi danışıqlar prosesindən imtina etdikdən sonra bu gün bütün bölmələrə əməliyyat planına uyğun olaraq bütün istiqamətlərdə hücumu inkişaf etdirmək əmri verilib”, - Konaşenkov deyib.