Goranboyda yol qəzası baş verib.
Hadisə rayonun Nizami kəndində qeydə alınıb.
Hərəkətdə olan "VAZ-2108" markalı minik maşınının sürücüsü idarə etməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq ağaca çırpılıb.
Qəza zamanı sürücü və sərnişin xəsarət alıb, onlar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.///apa