İndiyədək Rusiya silahlı qüvvələri Ukraynanın 198 vətəndaşını öldürüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ukraynanın səhiyyə naziri Viktor Lyaşko açıqlama verib. Nazir bildirib ki, o cümlədən 1115 nəfər yaralanıb, onlardan 33-ü azyaşlı olub.
Həmçinin rus hərbçiləri beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozaraq təcili yardım maşınına atəş açır.
Onun sözlərinə görə, tibb sistemi fəaliyyətini davam etdirir və Səhiyyə Nazirliyi xəstəxanaların lazımi hər şeylə təmin olunması üçün əlindən gələni edir.