Niderland Ukraynaya 200 “Stinger” göndərir

14:13 - 26 Fevral 2022 - DÜNYA

Niderland ən qısa vaxtda Ukraynaya 200 “Stinger” hava hücumundan müdafiə sistemi tədarük edəcək.

Bu barədə Niderland hökuməti məlumat yayıb.

Bildirilib ki, qərar Ukraynadan hərbi məhsullar üçün əlavə çağırışdan sonra qəbul edilib.

Niderlandın xarici işlər naziri Vopke Hoekstra qeyd edib ki, ölkəsi Ukraynaya hava hücumundan müdafiə sistemləri ilə yanaşı, Rusiya hücumundan özünü müdafiə etməsi üçün əlavə hərbi ləvazimatlar yollayıb, bunlardan bəziləri artıq çatıb, bəziləri isə yaxın gələcəkdə çatdırılacaq.///apa

Xəbər xətti