Akademik Xalid Qurbanov 84 yaşında vəfat edib
11:40 - 26 Fevral 2022 - HADİSƏ
Akademik Xalid Hümbətəli oğlu Qurbanov vəfat edib.
APA xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov məlumat yayıb.
Məlumatda bildirilib ki, kənd təsərrüfatı elmləri doktoru, professor, bir sıra akademiyaların akademiki, alim Xalid Hümbətəli oğlu Qurbanov 84 yaşında dünyasını dəyişib.