ABŞ təcili Ukraynaya 350 milyonluq hərbi yardım ayırdı

10:31 - 26 Fevral 2022 - DÜNYA

ABŞ Ukraynanın təhlükəsizliyinə təcili dəstək üçün 350 milyon dollara qədər vəsait ayırır

Ucnoqta.az UNİAN-a istinadən xəbər verir ki, ABŞ prezidenti Co Bayden və Ukrayna dövlət başçısı Volodimir Zelenski arasındakı son söhbətdən sonra Ağ Evin saytında əlavə yardımla bağlı məlumat yayılıb.

Co Bayden dövlət katibi Entoni Blinkenə Ukraynanın təhlükəsizliyi və müdafiəsinə təcili dəstək üçün 350 milyon dollar vəsait ayırmağı tapşırıb.

Dövlət Departamentinin yaxın vaxtlarda daha ətraflı məlumat verən öz bəyanatını yayması gözlənilir.

Xəbər xətti