ABŞ hökuməti Ukrayna Prezidenti Volodimir Zelenskiyə Kiyevdən təxliyə olunmaqla bağlı yardım təklif edib.
Ucnoqta.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə “The Washington Post” Ukrayna və ABŞ-dakı mənbələrə istinadla məlumat yayıb.
Lakin Ukrayna prezidenti onun təhlükəsizliyi üçün edilmiş bu təklifdən imtina edib.
"Amerikalıların belə addıma hazır olmalarının səbəbi Kiyevə hüucum edən rusiyalı qoşunların V.Zelenskini əsir almasına və ya qətlə yetirilməsinə imkan verməməkdir. Amerikalı məmurlar son günlər V.Zelenski ilə təhlükəsizliklə bağlı müxtəlif məsələləri, o cümlədən hökumətin fasiləsiz işini təmin etmək üçün daha təhlükəsiz məkanların təminatını müzakirə ediblər. Zelenski isə Kiyevi tərk etmək istəmir", - The Washington Post bildirib.