Rusiyaya qarşı tətbiq edilmiş texnoloji sanksiyalar

09:25 - 26 Fevral 2022 - DÜNYA

Ukraynanın Rəqəmsal Transformasiya naziri Apple şirkətinin rəhbərinə müraciət edərək Rusiyada AppleStore platformasına girişi bloklamağı, Apple servisləri və məhsullarının təminatını da məhdudlaşdırmağı xahiş edib.

Rusiya ərazisindən İntel şirkətinin internet resursu da qapadılıb, yalnız VPN lə giriş mümkündür. Sankiyaya məruz qalan Rusiyanın əsas banklarının mobil tətbiqləri silinib, kartlar qapadılıb.

ABŞ Rusiyaya qarşı mikroelektronika, telekommunikasiya , sensorlar, naviqasiya avadanlıqları, aviasiya və gəmi avadanlıqlarının ixracına sanksiya qoyub.

ABŞ Rusiyanın ən böyük telekommunikasiya operatoru olan Rostelekom və СП "Квант" Kvant Mərkəzinə, "Байкал Электроникс", НТЦ "Модуль", МЦСТ qurumlarina da sanksiya tətbiq edib. Bu quruma məxsus Tele2 operatoru da sanksiyadadır. ABŞ Rusiyanın V Kontakte (В Контакте) holdinqin rəhbəri Vladimir Kirienkoya da sanksiya tətbiq edib. (Mail.ru, «Одноклассники» ,«ВКонтакте», ICQ, My. com və.s bu holdinqə daxildir).

Global media Sinqapur, Tayvan və Yaponiyanın da yüksək texnologiyalar sahəsində Rusiyaya sanksiyalar tətbiq edəcəyini bildirir.
Artıq Tayvanın əsas çip şirkəti TSMC də Rusiya ilə əlaqələri kəsəcəyini bildirib.

Osman Gündüz
​Azərbaycan İnternet Forumunun prezidenti 

Xəbər xətti