Polisə müqavimət göstərən restoran sahibinə hökm oxundu

20:48 - 25 Fevral 2022 - HADİSƏ

 

Şəmkirdə polisə qarşı zor tətbiq etməkdə təqsirləndirilən "Qoşa qala" restoranının sahibi Tural Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 Şəmkir Rayon Məhkəməsində keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən T.Zeynalov 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, ötən ilin iyun ayında Şəmkir Rayon Polis Şöbəsinə rayon ərazisində fəaliyyət göstərən "Qoşa qala" restoranında karantin qaydalarına zidd olaraq toy mərasimi keçirilməsi barədə məlumat daxil olub. Polis əməkdaşları adıçəkilən restorana gəldikdə restoran sahibi obyektin qapılarını bağlayaraq polis əməkdaşlarının qanuni fəaliyyətinə mane olub, daha sonra içəri daxil olan polis əməkdaşlarının qanuni tələblərinə əməl eməyib, onlara qarşı zor tətbiq edərək xuliqanlıq hərəkərləri törədib. Rayon Polis Şöbəsinin əməkdaşları qanunla müəyyən edilmiş qaydada Tural Zeynalovu saxlayaraq şöbəyə gətirib, lakin sonuncu polis şöbəsində nalayiq ifadələr işlədərək və və zor tərbiq edərək xuliqanlıq hərəkətlərini davam etdirib.

Tural Zeynalova Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə ittiham irəli sürülüb.///Apa


Xəbər xətti