Kiyev və Vinnitsada hava hücumu xəbərdarlığı elan edildi

20:09 - 25 Fevral 2022 - DÜNYA

Ukraynanın paytaxtı Kiyevdə saat 17:00-dan sonra yenidən hava hücumu xəbərdarlığı elan edilib.

"Report" bu barədə UNİAN-a istinadən xəbər verir.

Hazırda paytaxtda olan hər kəsdən təcili olaraq ən yaxın sığınacağa köçmələri xahiş olunub.

Bundan əlavə, təxminən eyni vaxtda Vinnitsada hava hücumu xəbərdarlığı elan edilib.

Xəbər xətti