Goraboyda bıçaqlanma hadisəsi baş verib.
APA -nın məlumatına görə, Samux rayonunun Alıuşağı kənd sakini, 1955-ci il təvəllüdlü Orucov Qafqaz Xasay oğlu bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. O, dərhal əməliyyata götürülüb.
Məlumata görə, bir nəfər taksi fəaliyyəti ilə məşğul olan Q.Orucova yaxınlaşaraq onu Goranboyun Səfikürd kəndinə aparmasını təklif edib. Sürücü müştərini dediyi ünvana aparanda hadisə baş verib.
Faktla bağlı araşdırma aparılır.