Rusiya ordusu bu gün 1000-dən çox itki verib
17:42 - 25 Fevral 2022 - DÜNYA
Ukraynada xüsusi hərbi əməliyyata başlayan Rusiya Silahlı Qüvvələri bu gün 1000-dən çox itki verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Ukraynanın Silahlı Qüvvələrinin Quru Qoşunları yayıb.
“Rusiya başladığı heç bir silahlı münaqişədə mövcud olduğu bütün dövr ərzində döyüş əməliyyatları zamanı bu qədər hərbçi itkisinə məruz qalmayıb. Rusiyalı analar öz oğullarını ölümə göndərir, çünki Ukraynanın Silahlı Qüvvələri müdafiədə duraraq öz torpaqlarını işğalçıdan qoruyacaq. Ukraynanın Silahlı Qüvvələrinə inanın!”, - deyə məlumatda qeyd olunub.