Bakıda avtobusda qeyri-etik hərəkət edən şəxs həbs olunub.
Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsi tərəfindən keçirilən araşdırmalar nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1970-ci il təvəllüdlü Müşfiq Əzizov saxlanılıb.
Məhkəmənin qərarı ilə Müşfiq Əzizov 1 ay müddətinə inzibati həbs olunub.
Qeyd edək ki, hadisə yanvarın 25-də Badamdar qəsəbəsi ərazisində, 31 nömrəli sərnişin avtobusunda baş verib. Orta yaşlı kişi avtobusda sərnişinlərin gözü qarşısında qeyri-etik hərəkətlər edib. Bu isə digər sərnişinlər tərəfindən çəkilərək sosial şəbəkədə yayılıb.///apa