Biləsuvarda piyadanı vuraraq öldürəndən sonra hadisə yerindən qaçan sürücü saxlanılıb.
"Report"un məlumatına görə, bu şəxs Biləsuvar rayonunun Bəydili kənd sakini, 1988-ci il təvəllüdlü Mirzəyev Hamil Kamil oğludur.
O, idarə etdiyi “QAZ-53” markalı yük avtomobili ilə hərəkətdə olan zaman yolu keçmək istəyən həmkəndlisi, 1984-ci il təvəllüdlü, Dadaşov Fərid Mehtiman oğlunu vurub. F.Dadaşov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Piyadanı vuraraq öldürən sürücü H.Mirzəyev hadisə yerindən uzaqlaşsa da, Biləsuvar Rayon Polis Şöbəsnin (RPŞ) Dövlət Yol Polisi (DYP) bölməsinin əməkdaşları tərəfindən saxlanılaq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
12:15
Biləsuvar rayonunda naməlum avtomobil piyadanı vuraraq öldürüb.
Bu barədə Ucnoqta.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, hadisə fevralın 25-də saat 2 radələrində rayonun Bəydili kəndi ərazisində qeydə alınıb.
Belə ki, müəyyən edilməmiş avtomobillə kənd sakini Fərid Dadaşov vurulub və nəticədə piyada hadisə yerində ölüb.
Biləsuvar Rayon Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.