Rusiya ilə Ukraynaya arasında baş verən müharibədə iki azərbaycanlı yaralanıb.
Ucnoqta.az Oxu.Az-a istinadən xəbər verir ki, atışmaların intensiv baş verdiyi ərazidə hərəkətdə olan həmyerlilərimizin maşını avtomat silahlardan atəşə tutulub.
Hadisə nəticəsində maşında olan soydaşlarımız yaralansalar da, sayıqlıqlarını itirməyərək hadisə yerindən uzaqlaşmağı bacarıblar.