Bakıda 15 yaşlı qız itkin düşüb.
Ucnoqta.az xəbər verir ki, hadisə Qaradağ rayonunda qeydə alınıb.
2007-ci il təvəllüdlü Fəridə Şücayət qızı Şamilova fevralın 8-i saat 9:00 radələrində yaşadığı Müşfiqabad qəsəbəsindəki evdən çıxıb, geri qayıtmayıb.
Polis əməkdaşları tərəfindən axtarış tədbirləri həyata keçirilir.