Bayden ABŞ-ın Rusiyaya qarşı əlavə sanksiyalarını açıqladı

23:18 - 24 Fevral 2022 - DÜNYA

ABŞ Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq edir.

Bunu Birləşmiş Ştatların prezidenti Co Bayden bəyan edib.

Dövlət başçısının sözlərinə görə, sanksiyalar bir sıra iri şirkətlər üçün ixrac məhdudiyyətləri nəzərdə tutur.

Həmçinin o qeyd edib ki, ABŞ Rusiya Federasiyasının sabit valyutada əməliyyatlar aparmaq imkanını məhdudlaşdıracaq.

Bununla yanaşı, ABŞ VTB və bir sıra digər iri Rusiya banklarına qarşı sanksiyalar tətbiq edir, onların ölkədəki aktivlərini dondurur.///oxu.az

Xəbər xətti