Ukrayna prezidenti ofisinin rəhbəri: "Döyüşlər bütün sərhəd boyu gedir"

18:19 - 24 Fevral 2022 - DÜNYA

“Hazırda Rusiya Federasiyası ilə bütün sərhədboyu döyüşlər gedir. Rusiya ordusu Ukraynaya hücum edir”.

Ucnoqta.az” UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti ofisinin rəhbəri Mixaylo Podoliak brifinqdə bildirib.

Onun dediyinə görə, hazırda vəziyyət nəzarət altındadır.

“Şəhərlər, xüsusilə də hava limanları, hərbi infrastruktur və sairin atəşə tutulması ilə bağlı təbii fəsadlar ola biləcəyini deməliyəm. Bu fəsadların gün ərzində olacağı yəqindir" - deyə Ukrayna rəsmisi vurğulayıb.

Xəbər xətti