Tərtərdə qətl törədən gənc tutuldu

16:18 - 24 Fevral 2022 - HADİSƏ

Tərtərdə qətl törədən 18 yaşlı oğlan saxlanılıb.

Tərtər Rayon Prokurorluğundan Ucnoqta.az-a verilən xəbərə görə, fevralın 23-ü saat 20 radələrində 2001-ci il təvəllüdlü Elgün Qurbanlının aldığı xəsarətlərdən Bərdə Rayon Diaqnostika Xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış ilkin araşdırmalarla Tərtər rayonu ərazisində 2004-cü il təvəllüdlü İlkin Nəzərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Elgün Qurbanlıya bıçaq xəsarətləri yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Tərtər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İlkin Nəzərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

 

Xəbər xətti