“Ukraynadakı böhranın kökü NATO-nun təhrikedici addımlarındadır”.
APA-nın xəbərinə görə, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan öz “Twitter” səhifəsində yazıb.
O bildirib ki, İran münaqişənin həlli yolunu müharibəyə əl atmaqda görmür.
“Atəşkəsin təmin edilməsi və demokratik və siyasi həll yoluna diqqət etmək bir zərurətdir”, - iranlı nazir vurğulayıb.