Qusarda ər və arvadı bıçaqla hədələyən şəxslər tutulub

12:41 - 24 Fevral 2022 - HADİSƏ

Qusar rayonunda ər və arvadı bıçaqla hədələyən şəxslər tutulub.

Bu barədə Ucnoqta.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Qusar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 8-də rayon sakinləri F.Qədirovu və həyat yoldaşını bıçaqla hədələyib quldurluq yolu ilə 190 manat və 2000 ABŞ dolları pulunu talamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - şəhər sakini Z.Çigəliyev və Şirvan şəhər sakini X.Günəşov saxlanılıblar.

Xəbər xətti