"Rusiya ordusu Xarkov vilayətinə daxil olub" - Ukrayna DSX - VİDEO

11:56 - 24 Fevral 2022 - DÜNYA

Rusiya qoşunları Çerniqov, Sumı, Luqansk, Xarkov vilayətlərində dövlət sərhədini pozub.

Bu barədə Ukrayna Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Bildirilib ki, hücum nəticəsində Ukraynanın bir neçə hərbçisi yaralanıb.

“Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları düşməni dayandırmaq üçün bütün tədbirləri görür”, - məlumatda vurğulanıb.///unikal

Xəbər xətti