Gürcüstan vətəndaşı Bakıda qəza törədib, ölən var

10:38 - 24 Fevral 2022 - HADİSƏ

Bakıda minik avtomobili yük avtomobili ilə toqquşub.

Hadisə Qaradağ rayonunda, Xocasən-Lökbatan yolunda qeydə alınıb.

Şəhər sakini Nicat Nəsirovun idarə etdiyi "Daewoo Damas" markalı avtomobillə Gürcüstan vətəndaşı Giorgi Mashavanın idarə etdiyi "Daf" markalı yük avtomobili toqquşub. Nəticədə N.Nəsirov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Qaradağ rayon Polis İdarəsində cinayət işi başlanıb.///apa

Xəbər xətti