"Ukraynaya hücumu dayandırın" - BMT baş katibindən Putinə ÇAĞIRIŞ

09:30 - 24 Fevral 2022 - DÜNYA

BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasında çıxış edən baş katib Antonio Quterreş Rusiyanın Prezidenti Vladimir Putinə müraciət edərək onu Ukraynada apardığı işğalçılıq siyasətini dayandırmağa çağırıb.

 BMT baş katibi Ukrayna ərazisində çox sayda insanın həyatını itirdiyini xatırladıb:

“Prezident Putin, qoşunlarınızın Ukraynaya hücumunu dayandırın. Sülhə bir şans verin. Artıq çox insan ölüb”.

Baş katib Ukraynaya qarşı hücumun qaçılmaz olduğuna dair şayiələrə inanmaq istəmədiyini və davam edən diplomatik səylərin uğurlu nəticələr verəcəyinə ümid etdiyini bildirib.///unikal

Xəbər xətti