Şirvanda bir ailənin üç üzvü dəm qazından zəhərləndi

09:22 - 24 Fevral 2022 - HADİSƏ

Şirvanda bir ailənin üç üzvü dəm qazından zəhərlənib.

“Report”un məlumatına görə, hadisə Şirvan şəhər ərazisində yerləşən evlərin birində baş verib.

Belə ki, şəhər sakinləri - Əzizova Rəqsanə, Əzizova Mələk və Əzizova Lətafət evdə ikən dəm qazından zəhərləniblər.

Daha sonra onları Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti