Avropa İttiqafı (Aİ) Rusiyanın “DXR” və “LXR”-nin müstəqilliyini tanımasına görə sanksiyaları rəsmən təsdiqlənmə prosedurunu yekunlaşdırıb.
Ucnoqta.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Fransanın Aİ-dəki nümayəndəsi məlumat yayıb. Sanksiyaların texniki prosedurunun yekunlaşması Aİ-yə üzv bütün ölkələrin bu qərarı təsdilədiyini bildirir.
Belə ki, sanksiya Rusiyanın Dövlət Dumasının 351 deputatına, 27 hüquqi və fiziki şəxsinə tətbiq edilib. Yaxın saatlarda sanksiya tətbiq edilən şəxslərin adları da açıqlanacaq.