Göygöldə iki avtomobil toqquşub - FOTO

19:41 - 23 Fevral 2022 - HADİSƏ

Göygöl rayonunda yol qəzası baş verib.

APA-nın xəbərinə görə, hadisə Göygölün Azay Kazımov küçəsində qeydə alınıb. "Chevrolet Cruze" və "VAZ 2107" markalı minik maşınlarının toqquşması nəticəsində sürücülərdən biri xəsarət alıb. Hər iki avtomobilə ciddi ziyan dəyib.

Şahidlərin sözlərinə görə, qəzaya maşınlardan birinin düzgün manevr etməməsi səbəb olub.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

 

Xəbər xətti