Nazirlik əməkdaşı iş başında qəfil öldü

11:22 - 23 Fevral 2022 - HADİSƏ

Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Coşğun Ələkbərov vəfat edib.

Hadisə ötən gün C.Ələkbərov iş başında olan zaman baş verib.

FHN-dən bildirilib ki, qurumun Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Yanğından Mühafizə Hissəsinin baş yanğınsöndürəni, 1984-cü il təvəllüdlü Ələkbərov Coşğun Həmdəm oğlu fevralın 22-də qəfil ürəktutmasından ölüb.///oxu.az

Xəbər xətti