Azərbaycanın hüquq-mühafizə orqanları odlu silahların saxlamaqda, satmaqda təqsirləndirilən şəxsi beynəlxalq axtarışa verib.
Bu barədə məlumat İnterpolun saytında yerləşdirilib.
Bildirilib ki, 40 yaşlı Tale İbrahimov qanunsuz odlu silahları saxlamaqda, satmaqda təqsirləndirilir.
Onun saxlanılması üçün “qırmızı bülleten”lə İnterpola müraciət edilib.
Azərbaycan məhkəmələri tərəfindən Tale İbrahimov təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində dövlətlərarası axtarış elan olunub.///Apa