İsmayıllı sakinindən qanunsuz odlu silah götürülüb

08:20 - 23 Fevral 2022 - HADİSƏ

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində rayon sakini Kərim Kərimovdan müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngi aşkarlanaraq götürülüb. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, həmin şəxs barəsində protokol tərtib olunaraq barəsində müvafiq qərar qəbul edilməsi üçün rayon məhkəməsinə göndərilib.

Xəbər xətti