Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Qaradağ rayonunda “DAF” markalı yük avtomobili və "Daewoo" markalı minik avtomobili toqquşub.
Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1983-cü il təvəllüdlü Nəsirov Nicat Fəxrəddin oğlunun meyitini deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.