Xanım sərnişinlərə qarşı nalayiq hərəkətlər edən sürücü saxlanıldı

18:23 - 22 Fevral 2022 - HADİSƏ

Bakıda sərnişinlərə qarşı nalayiq hərəkətlər edən sürücü həbs olunub.

Bu barədə Ucnoqta.az-a DİN-in Mətbuat Xidmətinin İctimaiyyətlə əlaqələr və Vətəndaşlarla İş şöbəsinin rəisi Elşad Hacıyev məlumat verib.

Qurum rəsmisi bildirib ki, xanım müştərilərə qarşı hörmətsizlik edən taksi sürücüsü, 1989-cü il təvəllüdlü Röyal Həsənov barəsində toplanmış materiallar baxılması Yasamal Rayon Məhkəməsinə göndərilib.

Məhkəmə xuliqanlıq hərəkətləri törətməkdə təqsirləndirilən R.Həsənov barəsində qərar çıxarıb. O, məhkəmənin qərarı ilə 1 ay müddətinə inzibati həbs olunub və 1 illik sürücülük hüququndan məhrum edilib.

 

Xəbər xətti